Azərbaycan Metrologiya İnstitutu auditor seçir
Azərbaycan Metrologiya İnstitutu (AMİ) Maliyyə Hesabatlarının Beynəlxalq Standartlara (MHBS) uyğun hazırlanmış maliyyə hesabatları və auditorların 2023-cü il üzrə rəyinin alınması üçün audit xidməti üçün kotirovka sorğusu elan edib.
Kotirovkada iştirak haqqı 11,53 manatdır.
Sorğuda iştirak etmək istəyənlər təkliflərini iyunun 28-i, saat 17:45-ə qədər İnstitutun yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, E.İsaqzadə qəsəbəsi, 7-ci Köndələn küçəsi ünvanına təqdim edə bilərlər.
Təkliflərə iyunun 28-i, saat 17:45-da qeyd olunan ünvanda baxılacaq.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45