Pirallahıda valideyin diqqətsizliyindən üç yaşlı uşağı maşın vurub

Pirallahıda valideyin diqqətsizliyindən üç yaşlı uşağı avtomobil vurub
Dostuna göndər xəbərdən agah olsun:

Bakının Pirallahı rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, 2021-ci il təvəllüdlü Ə.M. özünü qəflətən hərəkətdə olan avtomobilin qarşısına atıb.

Nəticədə avtomobil azyaşlını vuraraq xəsarət yetirib.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Hadisənin təfərrüatı araşdırılır.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45