İsrail Qəzza zolağına zərbə endirib, 15 fələstinli ölüb

İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağının mərkəzi və cənub hissələrinə endirdiyi zərbələr nəticəsində azı 15 nəfər ölüb.
Agah. Az TASS-a istinadən xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Bildirilib ki, İsrail qüvvələrinin Fələstin anklavında yerləşən Əl-Bureyc qaçqın düşərgəsinə daxil olduğunu elan etməsi, qırıcı təyyarələrin və artilleriyanın bölgədəki hədəflərə zərbələr endirməsi nəticəsində çox sayda mülki vətəndaş da yaralanıb.