Nəsimi rayonunda avtomobil 57 yaşlı qadını vuraraq ağır xəsarət yetirib

Bakının Nəsimi rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yolu keçən 1967-ci il təvəllüdlü Hüseynova Rəna Vaqif qızını avtomobil vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bel fəqərəsinin sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.