Türkiyə BRICS-ə qoşulmaq istəyir

Türkiyə BRICS-ə qoşulmaq istəyir
Dostuna göndər xəbərdən agah olsun:

Türkiyə BRICS-ə (BRİKS) qoşulmaq istəyir.

 

Agah. Az TASS-a istinadən xəbər verir ki, bunu Çində səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan bəyan edib.

 

“Təbii ki, biz BRICS-ə üzv olmaq istərdik. Görək bu il nəyə nail ola bilirik”, – o bildirib.

 

Bu məsələ xarici işlər nazirlərinin Nijni Novqorodda keçiriləcək görüşündə müzakirə olunacaq.

 

H.Fidan bildirib ki, Rusiyada keçiriləcək BRICS nazirlərinin görüşündə iştirak etməyi gözləyir. Məlumata görə, görüşdə gündəmdə olan mövzulardan biri NATO üzvü olan Türkiyənin BRICS-ə qoşulması ola bilər.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45