Bank kartlarına oğurluq edən şəxslər saxlanılıblar

Bank kartlarına oğurluq edən şəxslər saxlanılıblar
Dostuna göndər xəbərdən agah olsun:

Bank kartlarına müdaxilə edərək dələduzluq edən üç şübhəli şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunub ki, kibercinayətkarlığın yeni forması müşahidə olunur. Hər bir vətəndaş diqqətli olmalıdır. İyunun 2-də bank kartı məlumatlarının daxil edildiyi hansısa alış-veriş və xidmət sahələrinə aid olan saytdan vətəndaşın şəxsi məlumatları götürülərək 11 205 manat oğurlanaraq naməlum hesaba köçürülüb. İyunun 3-də isə ayrı-ayrı vətəndaşlara məxsus 1 350, 700, 220, 3 028, 2 050, 200, 4 800, 68, 95, 100, 8 978, 180, 48, 73, 1 014, 210, 470, 800 manat pul vəsaitləri isə bank kartı sahibinin şəxsi məlumatları aldadılıb alınmaqla oğurlanıb.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Bakı şəhərində vətəndaşların bank kartlarına müdaxilə etməklə pul vəsaitlərini oğurluq və dələduzluq yolları ilə talayan üç nəfər şübhəli şəxs müəyyən olunaraq tutulub.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45