Telefonla professional fotolar çəkib effekt verə biləcəyiniz 6 proqram

Dostuna göndər xəbərdən agah olsun:

Telefonla çəkdiyiniz şəkilləri daha gözəl şəkildə paylaşmaq istəyirsinizsə o zaman bu proqramlar sizlər üçündür.

Müasir və ağıllı telefonlar sayəsində insanlar çəkdiyi şəkillərə istədiyi kimi düzəlişlər edib, sosial şəbəkə hesablarında paylaşa bilir. Hətta bəzi hallarda telefonla çəkilmiş şəkillər fotoaparatla çəkilənlərdən daha qəşəng görünür. Bunun sirri isə proqramlardadır!

1. PicsArt – Bu app şəkil düzəltmək, effektlər vermək üçün mükəmməldir. Funksiyaları olduqca çoxdur, istədiyinizi tapacağınıza əminəm. Stikerdən şəkil çərçivələməyə qədər hər funskiya var. Proqrama portret özəlliyi də əlavə olunub, belə ki, siz şəklinizə effekt verərkən proqram insan üzünü ayırd edə bilir. Effekti istədiyiniz obyektə vermək asanlaşır. Bu proqramı Play Market və AppStore-dan ödənişsiz olaraq yükləyə bilərsiniz. Bəzi funksiyaları ödənişlidir.

2. VSCO – Proqram ancaq şəklə effekt vermək üçündür, təbiət şəkilləri üçün daha çox istifadə edilə bilər. Təəssüf ki, proqramda effektlərin bir çoxu ödənişlidir, ancaq Play Market və AppStore-dan yüklənilməsi ödənişsizdir.

3. Polarr – Şəkillərinizə tərzinə özəl effekt vermək istəyirsinizsə, bu sizin üçün ən yaxşı proqramdır. Bu proqramda olan effektlər portret, təbiət, kulinariya və s. şəkil kateqoriyalarına bölünmüşdür. Ötən illərin fotoaparatlarında olan effektlər də bu tətbiqdə yer alıb. Mobil proqram Play Market və AppStore-da ödənişsizdir, bəzi funksiyaları üçün sonradan ödəniş tələb oluna bilər. Ödənişsiz olan effektlərin sizə yetərli olacağını düşünürəm.

4. Phocus: Portrait mode editor – Telefonunuzda portret çəkiliş funksiyası yoxdursa, Phocus proqramı yetərlidir. Bu tətbiq vasitəsilə şəkillərinizə portret effekti verə bilərsiniz, 4 əlavə effekt seçmə imkanınız da var. Proqramı Play Market və AppStore-dan yükləyə bilərsiniz. AppStore üçün ödəniş 3.99$-dır.

5. Lomograph – Şəkillərə xüsusi effektlər vermək üçün ən yaxşı proqramlardan biridir. Retro, işıq, toz və s. effektlər var, bunlar sizə kreativ şəkillər paylaşmağınızda kömək edəcək. Proqramı Play Store və AppStore-dan ödənişsiz olaraq yükləyə bilərsiniz. Premium istifadə isə ödənişlidir.

6. Afterlight – Sizə təqdim etdiyimiz növbəti proqram. Bu app vasitəsilə ilə şəkillərinizə maraqlı effektlər verə bilərsiniz. Əlavə olaraq sizə şəkil üzərində işıq, kölgə və başqa dəyişikliklər üçün imkan yaradır. Mobil tətbiqi Andorid, IOS və Windows Phone sistemlərinə ödənişsiz yükləmək mümkündür, bəzi effektlər üçün ödəniş etməyiniz lazım gələcək. Düşünürəm ki, pulsuz effektlər kifayət edəcək sizə. Afterlight 2 proqramı IOS istifadəçiləri üçün 2.99$-dır.

Pərişan Bəndərli
bildirchin.az
Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)