Səudiyyə Ərəbistanı “Sülh sammiti”ndə iştirak etməyəcək
Səudiyyə Ərəbistanı İsveçrədə Ukrayna üzrə keçiriləcək “Sülh sammiti”ndə iştirak etmək niyyətində deyil.
Bu barədə DPA agentliyi Ər-Riyaddakı diplomatik mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, iyunun 1-də Ukrayna Prezidenti Volodimir Zelenski 15-16 iyunda İsveçrədə keçiriləcək qarşıdakı görüşdə dəstək almaq niyyəti ilə Səudiyyə Ərəbistanına səfər etmək istəyib.
Lakin indi onun Səudiyyə Ərəbistanına səfəri təxirə salınıb və yalnız konfransdan sonra baş tuta bilər. Ər-Riyad hələlik bu məlumata münasibət bildirməyib.
Qeyd edək ki, Ukrayna üzrə Sülh Sammiti iyunun 15-dən 16-dək İsveçrədə keçiriləcək. Ümumilikdə Ukrayna və İsveçrə tədbirə 150-dən çox ölkə dəvət edilsə də, Rusiya dəvət almayıb.
(055) 436-46-45