Uhan xəstəxanalarında Koronaviruslu şəxs qalmadı

Paylaş agah olsunlar.

Koronavirus (COVİD1-9) pandemiyasının yayılma mərkəzi sayılan Çinin Hubey əyalətinin paytaxtı Uhan şəhərində virusa yoluxmuş xəstələrin hər biri artıq evə yazılıb.

TASS-ın məlumatına görə, sonuncu xəstə aprelin 24-də xəstəxanadan evə buraxılıb.

Xatırladaq ki, Uhanda 46,4 min nəfər koronavirusa yoluxub. Bu, ümumilikdə Çində virusa yoluxanların yarıdan çoxunu təşkil edir. Yoluxanlardan 3800-ü vəfat edib.

Paylaş agah olsunlar.