Hakan Fidan Çinə səfər edəcək
Türkiyənin xarici işlər naziri Hakan Fidan həmkarı Van İnin dəvəti ilə iyunun 3-dən 5-dək Çin Xalq Respublikasına rəsmi səfər edəcək.
Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Nazirimiz Çin Xalq Respublikasının xarici işlər naziri Van İnin dəvəti ilə 3-5 iyun 2024-cü il tarixində Çin Xalq Respublikasına rəsmi səfər edəcək. Səfər çərçivəsində həyata keçiriləcək görüşlərdə ikitərəfli münasibətlərin müzakirə olunması, eyni zamanda aktual regional və beynəlxalq mövzularda fikir mübadiləsinin aparılması nəzərdə tutulub”, – məlumatda diqqətə çatdırılıb.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45