Yasamal rayonunda 48 yaşlı qadını avtomobil vurub

Bakının Yasamal rayonunda 48 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
1976-cı il təvəllüdlü Əhmədova Sənubər Ağasən qızı yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.