Cəlilabadda təhsil müəssisəsinin rəhbəri işdən azad edilib, digərinə şiddətli töhmət verilib
Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən aparılan monitorinqlər zamanı bir sıra nöqsanlar aşkarlanıb və təhsil müəssisələrinin rəhbərləri vəzifələrindən azad edilib.
Monitorinqlər nəticəsində Cəlilabad rayon Boyxanlı kənd tam orta məktəbinin direktoru işdən azad edilib, Cəlilabad rayon Privolnoye kənd körpələr evi-uşaq bağçasının müdirinə isə şiddətli töhmət verilib.
Qeyd edək ki, cari ilin yanvar-may ayları ərzində Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən 14 məktəbəqədər və 18 ümumi təhsil müəssisəsində monitorinqlər aparılıb.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45