İsrailin Mexikodakı səfirliyinə “Molotov kokteyli” atılıb

İsrailin Mexikodakı səfirliyinə “Molotov kokteyli” atılıb
Dostuna göndər xəbərdən agah olsun:

Mexikoda İsrail səfirliyi qarşısında keçirilən etiraz aksiyası etirazçılarla polis arasında toqquşma ilə nəticələnib.

İğtişaşlar zamanı etirazçıların hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş və “Molotov kokteyli” atdıqları bildirilib.

“Hadisə nəticəsində bir neçə jurnalist də daxil olmaqla altı nəfər yanıq xəsarətləri alıb. Bununla yanaşı, dörd polis yaralanıb. Hazırda onlara tibbi yardım göstərilir”, – deyə nəşr qeyd edib.

Ötən gecə İsrailin Danimarkadakı səfirliyi yaxınlığında 80-ə yaxın adam toplaşıb. Onlar hasardan keçmək istəsələr də, polis onlara mane olub.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45