Bakıda qadın sürücü piyada qadını maşınla vurub

Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində ölümlə nəticələnən avtomobil qəzası olub.
“Report” xəbər verir ki, 1990-cı il təvəllüdlü Səadət Rauf qızı Həsənova idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə şəhər istiqamətində hərəkətdə olarkən 1982-ci il təvəllüdlü piyada Səadət İbadət qızı Əliyevanı vurub.
Nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi açılıb.