Rusiyalı ulduz ərindən icazə alıb açıq-saçıq şəkillərini yaydı

Paylaş agah olsunlar.

Rusiyalı pop ulduzu Vera Brejneva açıq-saçıq fotoları ilə gündəmə düşüb.

Həmkarları kimi karantin günlərini evdə keçirən sənətçi başını qatmaq üçün fotosessiya etdirib.

O, rəfiqəsi, fotoqraf Katya Kandratiyevanın kamerası önünə çəkərək cazibədar və yarıçılpaq pozlar verib.

İdeal və fit bədən quruluşu ilə əks cins nümayəndələrinin diqqətini özünə cəlb edən Vera fotoları ilə kişi izləyicilərin ağlını başdan alsa da, xanım izləyicilərini qəzəbləndirib. Onlar Brejnevanın biri-birindən seksual şəkillərinə tənqidi yanaşıblar.

Zaman-zaman açıq-saçıq fotoları ilə gündəmə gəlməyi bacaran Vera Brejneva tənqid olunub.

Ona, “Bəli, gözəl bədən quruluşun var, ancaq səni bu formada yalnız ərin görməlidir”, –  kimi şərhlərlə ünvanlanıb.

Vera Brejneva yazılan tənqid və iradlara “Həyat yoldaşımın icazəsi ilə fotoları paylaşmışam” cavabını verib.

Qeyd edək ki, keçmiş “VİA Qra” pop qrupunun solisti Vera Brejnevanın 19 yaşlı Sonya və 13 yaşlı Sara adlı qızları var.

Paylaş agah olsunlar.