Norveç Fələstini rəsmən tanıyıb
Norveçin Fələstini müstəqil dövlət kimi tanıması barədə qərar qüvvəyə minib.
Agah. Az TASS-a istinadən xəbər verir ki, bu barədə Norveçin xarici işlər naziri Espen Bart Eydenin hökumətin saytında dərc olunmuş bəyanatında deyilir.
“30 ildən artıqdır ki, Norveç Fələstin dövlətini ən çox dəstəkləyənlərdən biridir. Bu gün Norveçin Fələstini rəsmi olaraq dövlət kimi tanıması Norveç və Fələstin arasındakı münasibətlərdə mühüm mərhələdir”, – bəyanatda vurğulanıb.
Qeyd edək ki, Norveç hökuməti mayın 22-də Fələstini müstəqil dövlət kimi tanımaq qərarını açıqlayıb. Bu barədə İrlandiya və İspaniyanın hakimiyyət orqanları da məlumat verib.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45