İranın Bakıdakı səfirliyi Azərbaycan xalqını təbrik edib

İranın Bakıdakı səfirliyi Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib.
Bu barədə səfirliyin sosial şəbəkə hesabında məlumat verilib.
“İran İslam Respublikasının Bakıdakı səfirliyi 28 May – Azərbaycan Müstəqillik Günü münasibəti ilə bütün Azərbaycan xalqını təbrik edir, onlara sülh və rifah arzulayır”, – deyə məlumatda qeyd olunub.