“Azərişıq” ASC-nin tabeliyində yeni hüquqi şəxslər yaradılacaq
“Azərişıq” ASC-nin tabeliyində yeni hüquqi şəxslər yaradılacaq.
Agah.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Elektrik enerjisi bazarı elementlərinin mərhələli tətbiqi ilə bağlı Tədbirlər Planı”nda əksini tapıb.
Energetika Nazirliyinə İqtisadiyyat Nazirliyi, Azərbaycan İnvestisiya Holdinqi, “Azərişıq” ASC ilə birlikdə 2025-ci il 1 yanvar – 30 iyun müddətində “Azərişıq” ASC-nin tabeliyində elektrik enerjisinin paylanması və təchizatı fəaliyyətlərini həyata keçirən ayrıca hüquqi şəxslərin yaradılması üçün “Azərişıq” ASC-nin strukturunun yenidən təsdiq edilməsi barədə təkliflərin təqdim olunması və bununla bağlı hüquqi akt layihəsinin təqdim edilməsi tapşırılıb.
(055) 436-46-45