Gürcüstanda son 4 ildə ən çox sayda narkotik alverçisi saxlanılıb

Gürcüstanda son 4 ildə ən çox sayda narkotik alverçisi saxlanılıb
Dostuna göndər xəbərdən agah olsun:

2023-cü ildə Gürcüstanda 210 narkotik alverçisi saxlanılıb. Bu isə son 4 ildə ən yüksək göstəricidir

Bu barədə Gürcüstanın Baş Prokurorluğu məlumat yayıb.

Məlumata görə, onlardan 82-si narkotik vasitələrin bir qrup şəxs tərəfindən və ya külli miqdarda satışı ilə, 22-si isə xüsusilə külli miqdarda törədildikdə saxlanılıb.

Narkotik vasitələrin satışına görə 183 nəfər məhkum edilib.

Gürcüstanda narkotik vasitələrin satışının ən çox yayılmış sxemi internet vasitəsilədir. Ötən il bu cinayətə görə 66 əcnəbi saxlanılıb.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45