AFFA Region Liqasının qalibi müəyyənləşib
AFFA Region Liqasının qalibi müəyyənləşib.
Şamaxı şəhər stadionunda baş tutan həlledici matçda “Şimal” və “Hypers” komandaları üz-üzə gəlib.
Oyunun əsas vaxtı 1:1 hesabı ilə nəticələndiyindən qalibi müəyyənləşdirmək üçün əlavə vaxta ehtiyac duyulub. Burada da hesab bərabər olduğu üçün çempion komandanın adına penaltilər seriyasında aydınlıq gəlib. Onbirmetrlik cərimə zərbələrini daha dəqiq yerinə yetirən “Şimal” kollektivi 2023/2024 mövsümündə Region Liqasının qalibi adını qazanıb.
Bu nəticənin ardından qalib komanda yeni mövsümdən etibarən Azərbaycan II Liqasında oynamaq hüququ əldə edib. Məğlub olan filan “Hypers” futbolçuları isə II Liqanı onüçüncü sırada tamamlayan “Şəfa” ilə pley-off matçına çıxacaq.
(055) 436-46-45