Şəmkir su anbarında bir nəfər batıb

Şəmkir su anbarında bir nəfər batıb
Dostuna göndər xəbərdən agah olsun:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəmkir su anbarının Tovuz rayonu ərazisinə düşən hissəsində balıq ovuna çıxdığı ehtimal olunan həmin rayonun Aşağı Öysüzlü kənd sakini 1987-ci il təvəllüdlü Zabit Paşa oğlu Baxşəliyevin batması barədə məlumat daxil olub.

Bu barədə Agah. Az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış dərhal qrupu axtarışlara cəlb olunub.

Hazırda axtarış işləri davam etdirilir.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45