Şabranda Birinci Qarabağ müharibəsinin şəhidi Rza Əmrullayevlə vida mərasimi keçirilir
Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Rza Qəzənfər oğlu Əmrullayevin meyitinin qalıqları Şabran şəhərinə gətirilib.
“Report”un Şimal bürosunun məlumatına görə, şəhidin nəşi Şabran şəhərində ailəsinə təhvil verilib.
Hazırda şəhidlə vida mərasimi keçirilir.
Qeyd edək ki, Rza Qəzənfər oğlu Əmrullayev 1961-ci martın 4-də Şabran rayonunun Ləcədi kəndində anadan olub. O, 1994-cü il fevralın 18-də Kəlbəcər rayonunun Murovdağ istiqamətində (Toğana kəndi) itkin düşüb.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45