Şəki Xan Sarayının bərpa edilməsi ilə bağlı mütəxəssislərlə iş aparılır
Dövlət Turizm Agentliyi yanında Qoruqları İdarəetmə Mərkəzi Şəki Xan Sarayının bərpa edilməsi ilə bağlı mütəxəssislərlə iş aparır.
Bunu Mərkəzin İdarə Heyətinin sədr müavini Sədaqət Davudova Agentliyin təşkilatçılığı, Azərbaycan Milli Elmlər Akademiyasnının Arxeologiya və Antropologiya Institutunun tərəfdaşlığı ilə “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda keçirilən “Arxeoloji turizm və dayanıqlı idarəetmə” mövzusunda beynəlxalq konfransda bildirib.
“Hələ ki, bərpa işlərinə başlanılmayıb. Bu məsələ diqqət mərkəzindədir”, – deyə o qeyd edib.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45