Prokurorluq Sumqayıtdakı hadisəni araşdırır

Sumqayıtda qadının özünü və 3 övladını zəhərləməsi faktı ilə bağlı araşdırma aparılır.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, mayın 21-i Sumqayıt şəhərində ana və 3 azyaşlı övladının dərman zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilmələri faktı barədə Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.