Rayon sakinləri Bakıya nə vaxt buraxılacaq? – Açıqlama

Paylaş agah olsunlar.

Xəbər verdiyimiz kimi Azərbaycanda xüsusi karantin rejim mayın 4-ə kimi uzadılıb. Bu gün bir çoxlarını maraqlandıran məsələ mayın 4-dən sonra karantin rejim ləğv olunarsa müəssisələrin kütləvi şəkildə fəaliyyətə başlaması ölkədə koronavirusun yayılma riskini yenidən artıra bilərmi?

Bununla bağlı sonxeber.az-a danışan Fazil Mustafa bildirib ki, bu barədə tələsməyə ehtiyac yoxdur: “Mayın 4-dən sonra bəlli olacaq ki, vəziyyət necədir. Bu məsələdə uzunmüddətli strateji qərarlar qəbul olunmur. Qəbul olunması da yalnışdır. Çünki müəyyən dərəcə problemlər yarada bilər. Bu təkcə bizdən asılı olan məsələ deyil. Yəni, biz özümüz qəbul edib, qapalı mühitdə biz bunu həll edək. Söhbət xarici ölkələrdə olan vəziyyətdən gedir. Ona görə də bizim bu məsələdə tələsməyimizə ehtiyac yoxdur. Mayın 4-də ola bilsin ki, karantin rejim yumşaldılaraq nisbətən müəyyən sahələrin fəaliyyətinə icazə verilə bilər. Epidemiya riski olan nəqliyyat ola bilər ki, eyni vəziyyətdə fəaliyyətini davam etdirəcək. Ona görə də bu məsələdə tələsməyə ehtiyac yoxdur. İndidən nəyisə söyləmək düzgün olmaz. Rayon sakinlərinin Bakıya buraxılması məsələsi barəsində nəsə söyləmək tezdir. Mayın 4-də yoluxan, sağalan və ölənlərin sayında qaneedici nəticələr olarasa rayondan vətəndaşların Bakıya gəlişinə icazə veriləcək”.

Paylaş agah olsunlar.