Hindistanda avtomobil dərəyə düşüb, 18 nəfər ölüb

Hindistanda avtomobil dərəyə düşüb, 18 nəfər ölüb
Dostuna göndər xəbərdən agah olsun:

Hindistanın mərkəzi hissəsində yerləşən Çxattisqarx ştatında pikap tipli avtomobilin dərəyə düşməsi nəticəsində azı 18 nəfər ölüb, 4 nəfər yaralanıb.

Agah. Az TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Pikapın sərnişinləri tendu yarpaqlarını yığdıqdan sonra meşədən qayıdırmışlar. Avtomobil yoldan çıxaraq dərəyə düşüb.

“On iki qadın və bir kişi yerindəcə ölüb. Daha 9 nəfər yaralanıb və xəstəxanaya aparılıb. Beş qadın xəstəxanada ölüb”, – yerli polisin sözçüsü Abxişek Pallava jurnalistlərə bildirib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45