iPhone 16 və 16 Pro-nun yeni rəngləri açıqlanıb

iPhone 16 və 16 Pro-nun yeni rəngləri açıqlanıb
Dostuna göndər xəbərdən agah olsun:

“Apple” analitiki Ming-Chi Kuo 2024-cü ilin sentyabrında təqdim ediləcək iPhone 16 və 16 Pro smartfon modellərinin rənglərini açıqlayıb.

Onun sözlərinə görə, iPhone 16 Pro və iPhone 16 Pro Max qara, ağ və ya gümüşü, boz və ya “təbii titan” rənglərdə olacaq. Məlumata görə, bu il təqdim edilən “Blue Titanium” rəngi “Pink Titanium” ilə əvəz ediləcək.

iPhone 16 və 16 Plus qara, yaşıl, çəhrayı, mavi və ağ rənglərdə təklif olunacaq. Xatırladaq ki, iPhone 15 və iPhone 15 Plus qara, yaşıl, çəhrayı, mavi və sarı rənglərdə mövcuddur. Bu o deməkdir ki, ağ sarı rəngi əvəz edəcək.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45