Qaradağ rayonunda avtoxuliqanlıq edən sürücü həbs edilib

Qaradağ rayonunda avtoxuliqanlıq edən sürücü həbs edilib
Dostuna göndər xəbərdən agah olsun:

Qaradağ rayonunda avtoxuliqanlıq edən sürücü həbs edilib.

Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Məlumata görə, Qaradağ DYP-nin əməkdaşları tərəfindən avtomobilində konstruksiya dəyişikliyi etdiyi üçün VAZ-2107 markalı, 10-LK-422 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə “saxla” işarəsi verilsə də, o buna məhəl qoymayaraq hərəkətini davam etdirib.

Görülən tədbirlər nəticəsində yol-hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükə yaradan sürücü Elşən Rövşən oğlu Rüstəmli saxlanılıb.

Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən, inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə E.Rüstəmli sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45