Cəlilabadda intensiv yağıntılar çiyələyin məhsuldarlığını aşağı salıb
Ölkə ərazisində hökm sürən qeyri-sabit hava şəraiti Cəlilabad rayonunda açıq sahələrdə yetişən çiyələyə mənfi təsir edib.
Fermerlərin verdiyi məlumata görə, yağış yetişmiş məhsulu zədələdiyi üçün çürümə başlayıb. Nəticədə məhsuldarlıq 20 faizə yaxın aşağı düşüb.
Həmçinin onlar qeyd edib ki, hava şəraiti belə davam edərsə, məhsul tamamilə məhv olacaq.
Məhsuldarlığın aşağı düşməsi artıq qiymətdə də özünü göstərir. Belə ki, 20 gün əvvəl 1 manat 50 qəpiyə qədər ucuzlaşan çiyələk artıq 2 manata qədər bahalaşıb.
Cəlilabad rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, bu il rayonda 560 hektar sahədə çiyələk əkini aparılıb.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45