Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib

Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
Dostuna göndər xəbərdən agah olsun:

Türkiyə Qırğızıstandakı səfirliyi bu ölkədə olan vətəndaşlarına xəbərdarlıq edib.

Səfirlik ölkə vətəndaşlarını, ilk növbədə tələbələri yerli sakinlərlə Asiya ölkələrinin vətəndaşları arasında münaqişə baş verən gecə aksiyalarından sonra axşam saatlarında Bişkekdəki əyləncə məkanlarına getməməyə çağırıb.

Qeyd edək ki, Bişkekdə, əsasən Asiyadan olan mühacirlərin kütləvi şəkildə yaşadığı bir sıra ərazilərdə mayın 13-də baş vermiş kütləvi dava iştirakçılarına ədalət tələb edən yerli sakinlərin iştirakı ilə etiraz aksiyaları keçirilib.

Daha sonra Qırğızıstanın paytaxtında hostellərin birində əcnəbilərlə Qırğızıstan vətəndaşları arasında münaqişə baş verib.

Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, gecə baş verən hadisələr zamanı 29 nəfər həkimə müraciət edib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45