Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
Dostuna göndər xəbərdən agah olsun:

Cəbrayıl rayonunun inzibati ərazisinə daxil olan Karxulu kəndində 2040-cı ilədək 4 428 sakin üçün 940 fərdi ev və bir neçə mərtəbəli bloklu evlərin layihələndirilməsi, eləcə də tikintisi nəzərdə tutulur.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevə bu gün Cəbrayıl rayonunun Karxulu kəndinin təməlinin qoyulması mərasimində məlumat verilib.

Məlumata görə, 2040-cı ilədək kəndin layihələndirilən ərazisi 313 hektar təşkil edir.

Kənddə inzibati bina, klub-icma, ailə və idman sağlamlıq mərkəzləri, ticarət və məişət xidməti binası, kiçik sahibkarlıq obyektləri inşa olunacaq. Bundan başqa, Baş plana müvafiq olaraq, kənddə əhalinin tələbatına uyğun iki tam orta məktəb və dörd uşaq bağçası tikiləcək.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45