Türkiyədə yol qəzası olub, 11 nəfər yaralanıb

Türkiyənin Sivas şəhərində yol qəzası olub.
Agah.az“İhlas” xəbər agentliyinə istinadən xəbər verir ki, hadisə Sivas-Kayseri yolunda qeydə alınıb.
Belə ki, iki avtomobilin toqquşması nəticəsində 11 nəfər yaralanıb. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.
Yaralıların həyatı üçün təhlükənin olmadığı bildirilir.
Qəzanın səbəbi hələ məlum deyil.