Bakıda tur şirkətinin rəhbəri 202 nəfərə yarım milyon manata yaxın zərər vurub
Bakı şəhərində 202 nəfərə 498 175 manat zərər vuran şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev sosial şəbəkə hesabında məlumat verib.
Onun sözlərinə görə, artıq vətəndaş həbs edilib, polis tərəfindən istintaq aparılır.
“Zərərçəkmişlərin böyük əksəriyyətinə sosial şəbəkə vasitəsilə “Avion Travel” MMC-nin direktoru Lalə Rəcəbova yalan vədlər verməklə viza məsələlərini həll edəcəyinə söz verib, sənədlərini qəbul edib. Onun əməllərindən zərər çəkmiş başqa şəxslər varsa, polisə müraciət edə bilərlər”, – deyə məlumatda qeyd olunub.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45