Bakının Fəvvarələr meydanında ofisiantlar bıçaqlandılar
Bakının Səbail rayonunda dava zamanı iki nəfər ağır xəsarət alıb.
Agah.az APA-ya istinadən xəbər verir ki, hadisə Nizami küçəsində yerləşən Fəvvarələr meydanında qeydə alınıb.
Belə ki, 2003-cü il təvəllüdlü Oktay Şahin oğlu Qurbanlı və onun iş yoldaşı 2002-ci il təvəllüdlü Turqut Tofiq oğlu Cümiyev dava zamanı bıçaqlanıb.
Hadisə onlar sözügedən ərazidə yerləşən restorandan çıxıb evə gedərkən baş verib. Hər iki şəxs Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Xəsarət alan şəxslərin vəziyyəti ağır kimi qiymətləndirilir.
Yaralılar restoranda ofisiant işləyirlər.
Fakt üzrə Səbail Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45