FHN maye qazdoldurma məntəqəsinin istismarını dayandırıb

FHN maye qazdoldurma məntəqəsinin istismarını dayandırıb – FOTO/VİDEO
Dostuna göndər xəbərdən agah olsun:

Tovuz şəhəri, M.Musayev küçəsi, 34 ünvanında fəaliyyət göstərən fərdi sahibkar Qoca Fərman oğlu Məmmədova məxsus maye qazdoldurma məntəqəsi fəaliyyətini dayandırıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, nazirliyin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi həmin məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlayıb.

Belə ki, maye qazdoldurma məntəqəsində istismar olunan iki ədəd tutumun istismar müddətinin bitdiyi, tam texniki müayinələrin aparılmadığı, nəzarət-ölçü cihazları və qoruyucu qurğuların yoxlanılmadığı müəyyən edilib.

Aşkar olunan nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqəsinin istismarı agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45