Antalyada meşədə yanğın başlayıb

Türkiyənin Antalya əyalətinin Konyaaltı rayonunda meşəlik ərazidə yanğın başlayıb.
Aidiyyəti qruplar əraziyə cəlb edilib və yanğının nəzarət altına alınması üçün işlər davam etdirilir.
Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.