Rusiyada yaşayış binası raketlə vuruldu: Ölənlərin sayı artdı – YENİLƏNİB + VİDEO
Belqorodda qismən çökən binanın dağıntıları altından axtarış-xilasetmə və dağıntıların təmizlənməsi işləri başa çatıb.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Son məlumatlara görə, hadisə yerindən 15 nəfərin cəsədi tapılıb. 17 yerli sakin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar arasında ayyarımlıq körpə və 16 yaşlı yeniyetmə var.
00:52
Belqorodda binanın çökməsi nəticəsində ölənlərin sayı 12-yə çatıb.
Bu barədə Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
“Xilasedicilər Belqorodda dağıntılar altından daha üç nəfəri, o cümlədən iki uşağı çıxarıblar”, – Rusiya FHN-dən bildirilib.
Daha sonra bir nəfərin də meyitinin tapıldığı məlum olub.
Mənbə: TASS
12.05.2024, 21:24
Belqorodda çoxmərtəbəli binanın uçması nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.
Məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyi təsdiqləyib.
Həmçinin, 33 nəfərin xəsarət aldığı bildirilir.
Mənbə: “SHOT” “Telegram” kanalı
15:58
Belqorodda çoxmərtəbəli binanın uçması nəticəsində azı 17 nəfər xəsarət alıb.
Bu barədə Rusiya Səhiyyə Nazirliyinin rəhbəri Mixail Muraşko danışıb.
O bildirib ki, yaralıların hamısı xəstəxanadadır.
Ölənlər barədə isə rəsmi məlumat verilməyib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Belqorodun yaşayış məntəqələri “Toçka-U” taktiki raket kompleksi, “Vilxa” və RM-70 “Vampir” reaktiv yaylım atəşi sistemləri ilə hücuma məruz qalıb.
Mənbə: kommersant.ru
14:10
Belqorodda hündürmərtəbəli yaşayış binasına raket zərbəsi endirilib.
Məlumata görə, hücum nəticəsində azı beş nəfər ölüb.
Bildirilib ki, 20-yə qədər insanın binanın uçmuş hissəsinin dağıntıları altında qaldığı ehtimal edilir.
Hadisə yerində xilasedicilər və hərbçilər işləyirlər. Qonşu blokların da uçmaq təhlükəsi olduğundan, sakinlər təxliyə edilirlər.
(055) 436-46-45