ICESCO-nun Baş direktoru: “COP29 iqlim dəyişikliyi ilə mübarizədə dönüş nöqtəsi olacaq”
“Noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) iqlim dəyişikliyi ilə mübarizədə dönüş nöqtəsi olacaq”.
Bunu “Report”a açıqlamasında İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik deyib.
“COP çox mühüm hadisədir, çünki iqlim dəyişikliyi ciddi məsələdir. Azərbaycanda və bir çox başqa ölkələrdə iqlimlə bağlı bir çox problemlər yaranır. Problemlərə əvvəlcədən nəzər yetirməsək, iqlim dəyişikliyi ilə bağlı həll yollarını tapmasaq, daha böyük təhlükələrlə üzləşəcəyik”, – o bildirib.
Onun sözlərinə görə, bütün bunlara görə müxtəlif ölkələrdən olan dövlət başçılarının, siyasətçilərin, həmçinin BMT daxil olmaqla iqlim dəyişikliyi məsələsinə önəm verən beynəlxalq təşkilatların nümayəndələrinin bir araya gəlməsi çox vacibdir.
Baş direktor xatırladıb ki, COP29 bu il Azərbaycanda keçiriləcək:
“Prezident İlham Əliyev başda olmaqla Azərbaycan çox mühüm tədbirlər həyata keçirir və COP29-a təkcə ölkənin özü üçün deyil, bütövlükdə dünya üçün mühüm hadisələrdən biri kimi baxır. Odur ki, bu məsələdə dünyaya faydalı olacaq bəzi tövsiyələr verəcəyik”.
Qeyd edək ki, bu ilin noyabrında Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası keçiriləcək.
(055) 436-46-45