Bakıda motosiklet piyadanı vurub

Paylaş agah olsunlar.

Bakının Nərimanov rayonunda yol nəqliyyat hadisəsi baş verib.

Agah.az APA Tv-yə istinadən xəbər verir ki, hadisə Ağa Nemətulla küçəsində qeydə alınıb. 1991-ci il təvəllüdlü Əhmədzadə Lamiyyə Əsgər qızı yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu motosiklet vurub. Hadisə nəticəsində motosikletin sürücüsü və piyada xəsarət alıb. L. Əhmədzadə sağ baldırın sınığı diaqnozu ilə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Paylaş agah olsunlar.