Bakıda İran vətəndaşının narkokuryerləri həbs olunub
Narkotikləri Bakıda müxtəlif ünvanlara yerləşdirərək bu barədə İran vətəndaşına məlumat verməli olan kuryerlər – Məhəmməd Kərimov və tanışı əvvəllər məhkum olunmuş Mirdamət Ağayev saxlanılıblar.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, onlardan tərkibi psixotrop maddələrlə zənginləşdirilən 15 kiloqram narkotik vasitə marixuana aşkarlanıb. M.Kərimov və M.Ağayev narkotikləri sosial şəbəkələrdə tanış olduqları İran vətəndaşı “Əli” adlı şəxsin göstərişi ilə Qaradağ rayonu ərazisindən əldə etdiklərini bildiriblər.
Saxlanılanlar narkotikləri pul qarşılığında paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirərək bu barədə iranlı narkotacirə məlumat verməli imişlər.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
(055) 436-46-45