Goranboyda mikroavtobus qəzaya düşüb, xəsarət alanlar var

Goranboyda mikroavtobus qəzaya düşüb, xəsarət alanlar var
Dostuna göndər xəbərdən agah olsun:

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun İrəvanlı kəndində qeydə alınıb.

İlkin məlumata görə, “QAZel” markalı mikroavtobusla “Niva” markalı minik maşını toqquşublar. Bir neçə nəfərin xəsarət aldığı bildirilir. Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.

Mikroavtobusun fəhlələri apardığı bildirilir.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)