ADY-nin qatarları ilə səfər edənlərin sayı 22%-ə yaxın artıb

ADY-nin qatarları ilə səfər edənlərin sayı 22%-ə yaxın artıb
Dostuna göndər xəbərdən agah olsun:

Bu ilin aprel ayında “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) şəhərətrafı və ölkədaxili qatarları ilə səfər edənlərin sayı 21.4% artaraq 684.862 minə çatıb.

ADY-nin məlumatına əsasən, apreldə səfər edənlərin 95.8%-i və ya 656.269 mini Abşeron dairəvi dəmir yolu xətti üzrə səyahət edib. Bu da, ötən ilin eyni dövrü ilə müqayisədə 21.8% çoxdur.

Hesabat dövründə Bakı-Ağstafa-Bakı dəmir yolu xətti üzrə səfər edənlərin sayı 6.3% artaraq 24.975 minə, Bakı-Qəbələ-Bakı dəmir yolu xətti üzrə səfər edənlərin sayı isə 2.2 dəfə artaraq 3.618 minə çatıb.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)