Azərbaycanda 11-ci sinif şagirdi 59 yaşlı müəllimdən hamilə qaldı

Paylaş agah olsunlar.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Lerikdə hamilə qalan məktəbli ilə bağlı açıqlama yayıb.

Agah.az-ın  “qafqazinfo”ya istinadən verdiyi məlumata görə, qurumun yaydığı məlumatda bildirilir ki, Lerik rayonunun Kirəvud kəndinin 2003-cü il təvəllüdlü 11-ci sinif şagirdi kəndin 1961-ci il təvəllüdlü rus dili müəllimindən hamilə qalıb.

Məktəblinin 5 aylıq hamilə olduğu kənd icra nümayəndəsi Şəfiq Əliyev tərəfindən təsdiqlənib.

Məlumata görə, komitənin əməkdaşları Lerik rayon İcra Hakimiyəti başçısının müavini Arzu Vəliməmmədova ilə əlaqə saxlayaraq hadisə ilə bağlı ətraflı məlumat alıb.

Məlumatda məktəbli və anasının Rayon polis şöbəsində yerli icra nümayəndələrinin iştirakı ilə dindirildiyi qeyd olunub.

Dindirilmə zamanı məlum olub ki, məktəbli ailəsi tərəfindən də mütəmadi olaraq təzyiqlərə məruz qalıb. Eyni zamanda, ailə fərdlərinin psixoloji durumunun normal olmadığı diqqətə çatdırılıb.

Mütəxəssislər, azyaşlının ailəsinin yanında qalmasının təhlükəli olduğunu nəzərə alaraq, onu Bakıdakı sığınacaqlardan birinə yerləşdirilməsini məqsədəuyğun hesab ediblər.

Hazırda məktəblinin “Təmiz Dünya” sığınacağına yerləşdirilməsi istiqamətində işlər aparılır.

Paylaş agah olsunlar.