“Formula-1”lə bağlı təqsirləndirilən şöbə rəisi: “Məhsulların alınması üçün 90 milyon manat verilmişdi”

“Formula-1”lə bağlı təqsirləndirilən şöbə rəisi: “Məhsulların alınması üçün 90 milyon manat verilmişdi”
Dostuna göndər xəbərdən agah olsun:

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxs ifadə verib.

Ç.Mehdiyev deyib ki, o, həyat yoldaşının əsassız iddiaları üzrə ittiham olunur.

Onun sözlərinə görə, Arif Rəhimov (keçmiş icraçı direktor – red.) “Formula-1” yarışı üzrə məhsulların satın alınmasını Zaur Məlikaslanova tapşırıb. Lazımi məhsulların alınması üçün 90 milyon manat vəsait ayrılıb. Satınalma ilə bağlı növbəti iclasında ona bildiriblər ki, xüsusi məhsulların satın alınmasında ciddi çətinliklər mövcuddur:

“Məhsul çeşidlərinin çoxluğu, fərqliliyi, istehsalçıların müxtəlif ölkələrdə yerləşməsi, çoxlu sayda müqavilə bağlanması tələbatının yaranması, onlara ilkin ödənişlərin edilməsi, bu məhsulların ölkəyə gətirilməsinin logistikasının vaxtında və düzgün təşkili, o cümlədən nümunələrin əldə edilməsi və Londondakı baş ofislə razılaşdırılması və yekun olaraq malların alınması çox böyük insan əməyi, vaxt və maliyyə tələb edirdi”.

Qeyd edək ki, Çingiz Mehdiyev “Formula-1” yarışlarının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur.

Ç.Mehdiyev barəsində istintaq dövrü müddətinə həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)