Putin tapşırıq verdi: Qeyri-strateji nüvə silahları üzrə təlimlər başlayır

Putin tapşırıq verdi: Qeyri-strateji nüvə silahları üzrə təlimlər başlayır
Dostuna göndər xəbərdən agah olsun:

Rusiyanın Baş Qərargahı Cənub dairəsinin raket birləşmələri ilə təlimlərin keçirilməsi üçün hazırlıqlara başlayıb və təlimlərə aviasiya və hərbi-dəniz qüvvələri cəlb ediləcək.

Bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

“Rusiya Silahlı Qüvvələrinin Ali Baş Komandanının tapşırığına əsasən, qeyri-strateji nüvə qüvvələrinin döyüş tapşırıqlarını yerinə yetirməsi üzrə hazırlığını artırmaq məqsədilə Baş Qərargah yaxın vaxtlarda təlimlərin keçirilməsi hazırlıqlarına başlayıb. Cənub Hərbi Dairəsinin raket birləşmələri ilə təlimlərə aviasiya, eləcə də hərbi-dəniz qüvvələrinin cəlb edilməsi nəzərdə tutulub”, – deyə məlumatda bildirilib.

Rusiya Müdafiə Nazirliyindən qeyd edilib ki, təlim zamanı qeyri-strateji nüvə silahlarının hazırlanması və istifadəsi məsələlərinin praktiki sınaqdan keçirilməsi üzrə bir sıra tədbirlər baş tutacaq.

Müdafiə Nazirliyindən, həmçinin bildirilib ki, təlimlər eyni zamanda ayrı-ayrı Qərb rəsmilərinin təxribat xarakterli bəyanatlarına və təhdidlərinə cavab xarakteri daşıyır.

Mənbə: TASS

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)