Avtomobil nömrəsi ilə mobil nömrəni Telegramda tapmaq olurmuş

Dostuna göndər xəbərdən agah olsun:

Məlum olub ki, avtomobil nömrələrini və onların sahiblərinin mobil nömrələrini Teleqram messengerində tapmaq mümkündür.

Bu funksionallıq artıq messenger üçün adətə çevrilən bot çatlar formasında reallaşdırılıb. Verilən məlumata əsasən bu barədə “Flacon” zavodunun baş dizayneri Yan Yarmoşuk öz Facebook səhifəsində qeyd edib. Yan-ın sözlərinə əsasən 14 iyul tarixində səhər saatarında ona tanımadığı nömrədən zəng gəlib. Həmin zəngdə onun tanımadığı insan Yan-ın avtomobilinin yerini dəyişməsini tövsiyyə edib. Belə ki, əks halda onun avtomobili ağac tərəfindən əziləcəkdi. Zəng edən şəxs başa salıb ki, o Yan-ın nömrəsini Telegram-da olan AntiParkon bot çatı ilə avtomobilin nömrəsi vasitəsilə tapıb. O bildirib ki, bot çatın təqdim etdiyi məlumatlar çox yararlı olurlar. Lakin botun məlumatları hardan əldə etdiyi naməlum olaraq qalır. Sözügedən bot çatın məlumatında isə qeyd olunub ki, o kənar məlumatlar bazasından və əməliyyatın yerinə yetirilməsi üçün mobil telefonun nömrəsindən istifadə etmir.

Atv xəbərə istinadən.

loading…


Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)