Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanıldı – FOTO

Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanıldı – FOTO
Dostuna göndər xəbərdən agah olsun:

Qax şəhərində yerləşən mağazaların birindən oğurluq edilib. Obyekt sahibi içərisində pul, bank kartları və sənədlər olan pulqabısının oğurlanması barədə polisə məlumat verib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Masallı rayon sakini, 53 yaşlı Azər Əliyev saxlanılıb.

O, əldə etdiyi maddi vəsaitin bir hissəsini xərclədiyini bildirib. Pulun qalan hissəsi və sənədlər isə saxlanılan şəxsdən aşkarlanıb.

Qeyd edək ki, A.Əliyev əvvəllər də soyğunçuluq, oğurluq və digər cinayətlərə görə dəfələrlə məhkum edilib. Sonuncu dəfə isə bir müddət əvvəl paytaxtda törətdiyi analoji əmələ görə axtarışda olub.

Məhkəmənin qərarı ilə A.Əliyev barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

 

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45