Fransada polis tələbələrin etiraz aksiyasını dağıdıb
Fransanın Lion şəhərində polis tələbələrin Fələstinə dəstək aksiyasını dağıdıb.
Bu barədə BFMTV kanalı məlumat yayıb.
Menton, Sent-Etyen, Paris və Reyms kimi şəhərlərdə də etiraz aksiyaları keçirilir.
Ötən gecə isə Lion Siyasi Araşdırmalar İnstitutunun tələbələri bu təhsil müəssisəsinin girişini bağlayıblar. Aksiyada yüzə yaxın tələbə iştirak edib.
Etiraz aksiyaları ölkənin şimalındakı Lil şəhərində də keçirilib.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45