Ötən il birinci instansiya məhkəmələrində inzibati xətalara dair 110,7 min işə baxılıb

Ötən il birinci instansiya məhkəmələrində inzibati xətalara dair 110,7 min işə baxılıb
Dostuna göndər xəbərdən agah olsun:

Ədliyyə Nazirliyinin məlumatlarına əsasən, ötən il birinci instansiya məhkəmələrində inzibati xətalara dair 110,7 min işə baxılıb.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, bu, 2022-ci ilin göstəricisindən 18,1 faiz çoxdur. Onların 70,5 faizi idarəçilik qaydaları, 4,5 faizi ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə, 4,3 faizi yol hərəkəti qaydaları, 2,8 faizi hərbi xidmət əleyhinə, 2,7 faizi faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar, 2,1 faizi mülkiyyət əleyhinə, 1,9 faizi sağlamlıq əleyhinə, 11,2 faizi isə digər inzibati xətalarla bağlı olub.

Keçən il baxılmış işlərin 44,7 faizi üzrə inzibati məsuliyyət tədbiri tətbiq edilib, 45,1 faizinin icraatına xitam verilib, 10,2 faizi üzrə işlərə dair materiallar əlavə yoxlanış üçün qaytarılıb və ya aidiyyəti üzrə göndərilibr.

İnzibati məsuliyyət tədbiri tətbiq edilməsi haqqında qərarlara əsasən məsuliyyətə cəlb edilən şəxslərin sayı əvvəlki illə müqayisədə 2,5 faiz azalaraq 49,5 min nəfər olub. İnzibati məsuliyyətə cəlb edilmiş şəxslərin 40,5 faizinə fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması, 38,7 faizinə inzibati cərimə, 19,1 faizinə inzibati həbs, 1,2 faizinə ictimai işlər, 0,5 faizinə isə digər tənbeh növləri tətbiq edilib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45