Dünyada yayılan epidemiyalar

Dünyada yayılan epidemiyalar
Dostuna göndər xəbərdən agah olsun:

Dekabr ayında Çinin Uhan şəhərində ortaya çıxan koronavirus artıq dünyada 132 nəfərin həyatına son qoyub. Sürətlə yayılan bu epidemiya sətəlcəm xəstəliyinə səbəb olur və qısa zaman ərzində ölümlə nəticələnir.
Bəşəriyyət hər nə qədər inkişaf etsə də bəzən bu tip virusların qarşısında aciz qalırıq. Maraqlıdır, indiyədək kütləvi ölümə səbəb olan xəstəliklər hansılardır? Bu viruslar harada və necə müşahidə olunub?

İndiyədək qarşılaşanı və ağır nəticələrə səbəb olan epidemiyalar barədə araşdırmanı təqdim edirik:

Antoninus epidemiyası – Eramızın 165-180-ci ilində rast gəlinib. Roma İmperiyasında yaşayan şərq ekspedisiyalarından qayıdan əsgərlərin yaratdığı bir epidemiya xəstəliyi olan Antoninus vəbası gündə 2 min insanın ölümünə səbəb olan ilk məşhur vəba epidemiyasından biridir. Tədqiqatçılar xəstəliyin bir çiçək və ya qızılca olduğundan şübhələnsələr də, əsl səbəbi qeyri-müəyyən olaraq qalır. Bu epidemiya Roma İmperatorları Lusius Verus və Markus Aurelius Antoninusun ölümünə səbəb olmuş, imperiya ümumi əhalisinin 30 faizini itirmişdi.

Yustinian vəbası – İmperator Justinian 541-ci ildə Konstantinopolda taxtda oturarkən, Avropada başlayan bir epidemiya əvvəlcə Misirə, sonra Fələstinə, Suriyaya və Anadoluya çatdı. Yustinian, Konstantinopola bütün çıxışları bağlasa da, epidemiya şəhərə hərbi hissələr tərəfindən gətirilən materiallar arasında olan siçovullar vasitəsi ilə daxil olmuşdu. Siçanların tükləri arasında gizlənən bir millimetrdən az ‘Xenopsylla’ adlı bir böcək mədəsində ‘Pasteurella pestie’ adlı ölümcül vəba bakteriyasını daşıyırdı. Bu böcəklər uçaraq  yaxınlıqdakı digər siçanların tükləri arasında yerləşərək qısa zaman ərzində çoxalmışdı. İnsan bədəninin istənilən nöqtəsinə ötürülərək vəba mikrobuna ötürülən böcəklər yoluxdurduğu insanların bir neçə gün ərzində ölməsinə səbəb olmuşdu. Bir həftə ərzində şəhərdə vəba sürətlə yayılaraq və kütləvi ölümə səbəb olmuşdu. Əvvəlcə gündə bir neçə yüz insan ölürdüsə, sonradan gündə 100 nəfərə yaxın insan həyatını itirdi. Xəstəlik zaman keçdikcə öz-özünə yox oldu, ancaq dövrün ən sıx yaşadığı şəhərlərdən biri olan Konstantinopol əhalisinin 40 faizini itirdi. Epidemiya işçi qüvvəsi və əsgər sayının azalmasına səbəb oldu və Bizansın zəifləməsinə ilə nəticələndi. Bu da Avropa tarixini köklü şəkildə dəyişdirən inkişaflara səbəb oldu.
Qara vəba – 1346-cı il ilə 1353-cü il arasında yayılan Qara vəba epidemiyasının 75 il ərzində  200 milyona yaxın insanın ölümünə səbəb olduğu deyilir. Dəqiq sayları bilmək mümkün olmasa da, bu illərdə xəstəlik üzündən Avropa əhalisinin 30 ilə 60 faiz azaldığı bildirilir.

Amerikalı hindular arasında yayılan suçiçəyi – XV əsrdə Amerika qitəsindəki yerli insanlarla təmasa girən avropalı kəşfiyyatçılar burada yaşayan insanlara özləri ilə birlikdə gətirdikləri virusları yoluxdurdular. “Chickenpox” adlı virus Avropanın üçdə bir hissəsini öldürmüşdü. İmmunitetləri avropalılar kimi inkişaf etməmiş və dərmanları çatışmazlığı olan Amerikalılar üçün heç bir şans yox idi. Milyonlarla insan, yerli əhalinin 90 faizi o dövrdə bu virus nəticəsində öldü öldü. Bu vəziyyət avropalıların Amerika qitəsini müstəmləkə etməsini çox asanlaşdırdı.

Kokoliztli epidemiyası – Meksikada formalaşan  bu epidemiya 1520-ci il ilə 1576-cı il arasında təxminən 15 milyon insanın ölümünə səbəb oldu. Xəstəliyə səbəb olan virusun balıqlarda tapılan “salmonella” bakteriyasından qaynaqlandığı düşünülür.

Yeddi fərqli vəba epidemiyası – Sivilizasiya tariximizdə yeddi əsas vəba epidemiyası olub, lakin bunlardan ən ölümcülü 1852-ci il ilə 1860-cı il arasında olub. Virusun əsas səbəbi içməli suyun çirklənməsi idi, ancaq üçüncü dəfə epidemiya yayılana qədər səbəb başa düşülməyib. Uzun müddət insan nəcisi və tullantıları içmə və yemək üçün istifadə olunan su mənbələrinə də tökülüb. Bunun böyük bir fəlakətə çevrildiyi yer o dövrdə Hindistan idi. 2011-ci ildə edilən bir araşdırmaya görə, bu gün də dünyanın çirkli çaylarından biri olan Qanq çayının suyunun 100 mililitrində 1,1 milyard nəcisli bakteriya var. Bu nisbət, yuyuna biləcəyiniz ən pis sudan 500 min dəfə daha çox çirklidir. Hindular bu çayda çimməyin müqəddəs olduğuna inanaraq gündəlik işlərində çay suyundan maksimum istifadə edirlər. Bu səbəbdən, vəba epidemiyası bu bölgədə geniş yayılmış bir xəstəlik növüdür.

Üçüncü vəba xəstəliyi – 1855-ci il ilə 1859-cu il arasında Çində başlayan və dünyaya yayılan virus təkcə Çin və Hindistanda 12 milyon insanın ölümünə səbəb olub. Bu epidemiya Yustinian  və Avropanın Qara vəbasından sonra “Üçüncü vəba” adlandırılıb. Təsirləri bir əsr davam edən epidemiya Amerikanın qitəsinə Uzaq Şərqdən siçanlarla keçib. Əvvəlki epidemiyalardan fərqli olaraq, tibb elmi bu xəstəliyin öyrənilməsinə və müalicəvi dərmanların hazırlanmasına imkan verib.

Birinci Dünya Müharibəsi zamanı yatalaq xəstəliyi –1914-1918-ci illər arasında “Typhus” bakteriyasını daşıyan bitlərin yaratdığı epidemiya müharibənin yaratdığı daha bir dəhşət idi. Avropa və Asiyada bu virus səbəbindən 25 milyon insan xəstələndi və xüsusilə Sovet İttifaqı ölkələrində təxminən 3 milyon insan öldü. Qərb ölkələri epidemiyanın nədən qaynaqlandığını başa düşdülər və bitlərdən xilas olmaq üçün tədbirlər görüldü. Şərq ölkələri virusa qarşı daha gec tədbir gördülər və buna görə dünyanın bu hissəsində daha çox insan öldü.

1918-ci il İspan Qripi pandemiyası – Birinci Dünya Müharibəsindən sonrakı illərdə 500 milyon insan tərəfindən yoluxmuş “H1N1” qrip virusu dünyada yüksək tempraturla müşahidə edilməklə 50-100 milyon arasında sağlam insanın ölümünə səbəb oldu. Bu rəqəm birinci və İkinci Dünya Müharibələrində ölənlərin ümumi sayından dəfələrlə çoxdur. Virusu digərlərindən fərqləndirən şey, daxil olduğu bədənin immunitet sistemi nə qədər güclü olsa, atəş daha yüksək olardı. İspan qripi tarixin ən böyük fəlakətlərindən biri olaraq qeyd edilib.

1957-ci il Asiya qripi pandemiyası – Çində başlayan virusunun ördəklərdə formalaşaraq insana keçən bir xəstəlik olduğu düşünülür. Asiya qripi adlanan xəstəlik təxminən 4 milyon insanın həyatına son qoyub. Elə eyni vaksinlə epidemiyanın qarşısı alındı. Bir ildə virus səbəbi ilə 40 milyon insan peyvənd edilib. Asiya qripi kütləvi peyvəndin əhəmiyyətini və təsirini göstərən ən vacib nümunələrdən birinə çevrildi.

QİÇS virusu – 20-ci əsrin ortalarında, meymunlardan insanlara keçdiyi ehtimal olunan bu virusa ilk dəfə 1959-cu ildə Konqoda rast gəlinib. Ancaq onun diaqnozu və adı yalnız 1980-ci illərdə elan edildi. Son 30 ildə 36 milyon insanın həyatına son qoyan virusun müalicəsi üçün hələ bir həll yolu yoxdur. Xəstəliyə yoluxduqdan sonra ehtiyat tədbirləri görmək və ömür boyu dərman müalicəsi tətbiq etmək lazımdır.
Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45